Bakıda sərnişin avtobusunda qorxulu anlar - Hərəkətdə olan zaman TƏKƏRİ PARTLADI – VİDEO

Hazırda oxunan: Bakıda sərnişin avtobusunda qorxulu anlar - Hərəkətdə olan zaman TƏKƏRİ PARTLADI – VİDEO

271825

Bakıda hərəkət halında olan sərnişin avtobusunun təkəri partlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat və görüntülər “Baku.ws”in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, hadisə bu gün saat 14:20-də, 55 nömrəli maşurut üzrə hərəkətdə olan sərnişin avtobusu Sabunçu rayonunun Asif Əsədullayev küçəsindən keçərkən qeyd alınıb.

"Avtobus hərəkətdə olan zaman ön təkəri partladı. Xoşbəxtlikdən xəsarət alan olmasa da, qorxu dolu anlar yaşadıq. Daha sonra sərnişinlər avtobusdan düşürüldü. Bu xətt üzrə bütün marşrutlar köhnədir. Qorxuruq ki, bir gün acı nəticələrə yol aça biləcək daha ağır hadisələr baş verə", - deyə şikayətçi vurğulayıb.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin