“Biz gedəndən sonra sinfi bölüblər” - Video

Hazırda oxunan: “Biz gedəndən sonra sinfi bölüblər” - Video

271247

Bakıda elektron sistem vasitəsilə övladlarını I sinfə qeydiyyatdan keçirən valideynlər uşağı dərsə gətirəndə həmin sinfin ləğv olunduğunu görüblər.

Bizim.Media xəbər verir ki, hadisə Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

226 saylı məktəbin I sinfində təhsil alacaq şagirdlərin valideynlərinin iddiasına görə, ilk dərs günü övladlarının qeydiyyatdan keçdiyi sinfin bağlandığını öyrəniblər və şagirdlər məktəbin digər siniflərinə yönləndiriliblər.

Valideynlər bildirirlər ki, övladları hazırlıq qrupunda Sevinc Əliyevanın sinfində oxuduğundan, birinci sinif üçün qeydiyyatdan keçərkən məhz həmin müəlliməni seçiblər.
 

Məsələ ilə bağlı 226 saylı məktəbdən bildirilib ki, 1B sinfində şagird sayı digər sinfə nisbətən az olsa da, həmin sinfin müəlliminin sertifikasiya imtahanında topladığı bal daha yüksək olub. Bu səbəbdən 1C sinfi bağlanıb və şagirdlər digər siniflərə yerləşdirilib. Valideynlər məktəbə dəvət olunub, onlarla müvafiq söhbət aparılıb və məsələnin mahiyyəti izah edilib.


Ətraflı “Xəzər Xəbər”in videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin