Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

Hazırda oxunan: Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

271222

Kamçatka sahillərində 7,2 maqnitudalı zəlzələ qeydə alınıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Birləşmiş Geofizika Xidmətinin yerli filialı məlumat verib.

Zəlzələdən sonra Kamçatkanın şərq sahillərində sunami təhlükəsi elan edilib.
 

Bu barədə regionun qubernatoru Vladimir Solodov məlumat verib. O bildirib ki, bütün xidmətlər gücləndirilmiş iş rejiminə keçirilib: “Hazırda dağıntılarla bağlı məlumat daxil olmayıb. Dəqiqləşdirilmiş məlumata görə, zəlzələnin maqnitudası 7,2 olub”.


Zəlzələdən sonra yerli sakinlər təhlükəsizlik məqsədilə evlərini tərk ediblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin