Xamanei xəbərdarlıq etdi – “Düşmən buna çalışır, tədbir görməliyik” – Video

Hazırda oxunan: Xamanei xəbərdarlıq etdi – “Düşmən buna çalışır, tədbir görməliyik” – Video

269347

Dünən İranın ali rəhbəri Əli Xamenei Nazirlər Kabinetinin nümayəndələri ilə görüşdə ölkədə yaranmış təhlükəli vəziyyətə diqqət çəkib.

Bizim.Media “Tabnak” nəşrinə istinadən xəbər verir ki, Xamenei “düşmən İranda “müharibə yoxdur, sülh də yoxdur” şəraiti yaratmağa çalışır”, - deyə qeyd edib.
 

Xameneyinin iddiasına görə, bu durum ölkə üçün zərərlidir və risk daşıyır. O, bildirib ki, belə bir şəraitdə iş ruhu ilə addım atmaq vacibdir ki, ölkə həm təhlükədən qorunsun, həm də mövcud problemlərin öhdəsindən gəlinsin. 


İranın lideri konkret heç bir ölkənin adını çəkməyib, yalnız yaranmış vəziyyətin İrana mənfi təsir göstərə biləcəyini qeyd edib. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin