Zelenski Ukraynaya edilən gecə hücumunu “şüurlu cinayət” adlandırdı - VİDEO

Hazırda oxunan: Zelenski Ukraynaya edilən gecə hücumunu “şüurlu cinayət” adlandırdı - VİDEO

269129

Rusiya ordusu Ukraynaya qarşı 800-dən çox dron və 13 raket (onlardan 4-ü ballistik) buraxıblar.

Bizim.Media xəbər verir ki, bunu Prezident Vladimir Zelenski bildirib.

Onun sözlərinə görə, bəzi dronlar Ukrayna–Belarus sərhədini keçib.
 

“Ümumilikdə yalnız paytaxtda onlarla insan xəsarət alıb... Zaporojyedə 20-dən çox ev və uşaq bağçası zədələnib. Krivoy Roqda ticarət anbarları dağıdılıb, Sumi vilayətinin Safonovka kəndində və Çerniqov bölgəsində ölənlər var.


Odessada çoxmərtəbəli yaşayış binasına zərbə endirilib. Son sutkada bir çox bölgələr zərər çəkib... Belə qətllər, halbuki çoxdan real diplomatiya başlaya bilərdi, şüurlu cinayətdir və müharibənin uzadılması deməkdir”, – deyə prezident vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin