Bakıda sürücüləri sınağa çəkən "gözəgörünməzlər" - VİDEO

Hazırda oxunan: Bakıda sürücüləri sınağa çəkən "gözəgörünməzlər" - VİDEO

269117

Paytaxtın bəzi ərazilərində yol nişanlarının sürücülər tərəfindən görünməsi çətinlik yaradır.

Bizim.Media xəbər verir ki, buna səbəb ağacların budaqlarının yol nişanlarının qarşısını örtməsidir.

Digər bir səbəb isə yol nişanlarının vətəndaşlar tərəfindən zədələnməsi və görünməz hala gətirilməsidir.

Sürücülər bildirirlər ki, bu hallar onların hərəkətinə problem yaradır və nişanların görülə bilməməsi təhlükəli vəziyyətlərə səbəb ola bilər.
 

Yaşıllaşdırma Təsərrüfatı Birliyindən (YTB) bildirilib ki, ağacların yol nişanlarının qarşısını kəsdiyi hallar mütəmadi olaraq aşkarlanır və həmin ünvandakı ağaclar kəsilir.


Daha ətraflı Azərbaycan Televiziyasının (AzTV) videomaterialında:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin