Slovakiya Baş nazirindən Aİ rəsmilərinə SƏRT TƏNQİD – “İncimiş uşaq kimi davranırlar” – VİDEO

Hazırda oxunan: Slovakiya Baş nazirindən Aİ rəsmilərinə SƏRT TƏNQİD – “İncimiş uşaq kimi davranırlar” – VİDEO

268267

“Avropa İttifaqı beynəlxalq münasibətlərdə “incimiş uşaq” kimi davranır”.

Bizim.Media xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso videomüraciətində bildirib.

Onun sözlərinə görə, dünyada yeni qaydalar əsasında çoxqütblü sistem və qüvvələr balansı formalaşır ki, bu da beynəlxalq sabitlik üçün mühüm amildir.
 

“Belə müzakirələrin bir hissəsi olmaq – dialoqu dəstəkləmək deməkdir, incik uşaq rolunu oynamaq yox. Təəssüf ki, Avropa İttifaqı və onun nümayəndələri bu gün məhz “incimiş uşaq” kimi davranırlar”, – deyə Fitso bildirib.


Slovakiyanın Baş naziri həmçinin Çinin Yaponiya üzərində qələbəsinin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirakın vacibliyini vurğulayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin