Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO

Hazırda oxunan: Zaqatalada ADAM OĞURLUĞU: Prokurorluğun qarşısından qızı zorla qaçırdılar – ANBAAN VİDEO

268109

Zaqatalada adam oğurluğu baş verib.

Bizim.Media xəbər verir ki, yerli sakinlərin Lent.az-a verdiyi məlumata görə, hadisə avqustun 31-i səhər saat 5 radələrində Zaqatala rayon Prokurorluğunun qarşısında qeydə alınıb.

“Hyundai - İ30” markalı avtomobili idarə edən şəxslər qadını zorla maşına basaraq qaçırıblar.

Qadın qışqıra-qışqıra maşının pəncərəsindən ayaqlarını çıxararaq özünü avtomobildən atmaq istəyib. Lakin buna nail ola bilməyib.
 

Hadisə baş verən zaman məsciddən çıxan yerli sakinlər qadını qaçıran avtomobili təqib etməyə başlayıblar. Qax rayonu istiqamətində hərəkət edən həmin avtomobil təqib edildiyinin fərqinə varıb və yüksək sürətlə hərəkət edərək gözdən itib.


Hadisə ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib.

Əldə etdiyimiz məlumata görə, artıq faktla bağlı Zaqatala rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq hərəkətləri davam etdirilir.

Həmin görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin