Ukrayna Simferopoldakı rus helikopterlərini belə məhv edib – ANBAAN VİDEO

Hazırda oxunan: Ukrayna Simferopoldakı rus helikopterlərini belə məhv edib – ANBAAN VİDEO

268085

Xəbər verdiyimiz kimi, avqustun 31-də Ukrayna PUA-ları Simferopol hava limanında iki helikopteri məhv edib.

Bizim.Media xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) hücumla bağlı yeni detalları açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Simferopol hava limanında 2 helikopteri məhv etdi - FOTO


Məlumata görə, QUR-un xüsusi təyinatlı “Kabuslar” bölməsi Simferopol yaxınlığındakı Qvardeyskoye qəsəbəsində yerləşən Rusiya hərbi hava bazasına pilotsuz aparatlarla zərbə endirib. 

Hücum nəticəsində iki ədəd Mi-8 helikopteri məhv edilib. İlkin hesablamalara görə, vurulmuş texnikanın dəyəri 20–30 milyon dollar arasında qiymətləndirilir.

İdarənin məlumatına əsasən, eyni əməliyyat çərçivəsində Sevastopol körfəzində yerləşən Rusiya yedək gəmisi – BUK-2190 da hədəfə alınıb. Bildirilir ki, gəmiyə hücumda xüsusi döyüş başlığından istifadə olunub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin