26 yaşlı Rüstəmin öldüyü hadisənin anbaan görüntüləri - Video

Hazırda oxunan: 26 yaşlı Rüstəmin öldüyü hadisənin anbaan görüntüləri - Video

268049

Xəbər verdiyimiz kimi, avqustun 30-u saat 09:20 radələrində Kürdəmir şəhərinin Vaqif küçəsində 1999-cu il təvəllüdlü Rüstəm Şahin oğlu İsmiyev ağır qəza nəticəsində həlak olub.

Bizim.Media “qafqazinfo.az”a istinadla xəbər verir ki, baş vermiş hadisənin görüntüləri yayılıb.

Görüntülərdən Rüstəmin yüksək sürətlə idarə etdiyi “BMW” markalı avtomobillə əvvəlcə “VAZ” markalı avtomobillə toqquşduğu, daha sonra idaretmədən çıxdığı və digər avtomobilin arxa hissəsinə toxunaraq yolun kənarına doğru istiqamətləndiyi və xeyli məsafə qət edərək ofisə çırpıldığı məlum olur.

Bildirilib ki, avtomobilin sürəti saatda təxminən 130-140 kilometr olub. Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.
 

Qeyd edək ki, 26 yaşlı R.İsmiyev əvvəllər Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Ərəbqubalı kənd üzrə nümayəndəsinin müavini vəzifəsini tutub. Son olaraq Kürdəmir Peşə Liseyində çalışırmış. Onun atası Şahin İsmiyev isə uzun müddət DSMF-nin bu rayondakı şöbəsində müxtəlif vəzifələrdə çalışıb.


Faktla bağlı Kürdəmir RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin