“Rossiya” telekanalında prezident Vladimir Putinlə vətəndaşların canlı yayımı başlayıb.
Bizim.Media xəbər verir ki, verilişin aparıcılardan biri azərbaycanlı jurnalist Nailə Əsgərzadədir.
O, çəkilişdən öncə “Putinlə vətəndaşların canlı görüşünü kim aparacaq?” sualına cavab olaraq “Mən aparacağam” deyib.
İkinci aparıcı isə “Birinci kanal”dan Yekaterina Berezovskayadır.
Putinlə canlı yayımda əlaqə saxlamaq və cavab almaq üçün artıq 1,2 milyondan artıq sual və müraciət daxil olub.
Bizim.Media