Bakıda sürücünün qarşısını zorla kəsmək istəyənlərin kimliyi məlum oldu - VİDEO

Hazırda oxunan: Bakıda sürücünün qarşısını zorla kəsmək istəyənlərin kimliyi məlum oldu - VİDEO

26788

İyunun 26-da Bakıda ötmə əməliyyatı edən sürücünün qarşısını zorla kəsməyə çalışanların kimliyi məlum olub.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, iyunun 26-da 90 RH 063 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü Mehman Cəfərov və 90 LN 084 dövlət nömrə nişanlı, "Toyota" markalı avtomobilin sürücüsü Beyrək Vəliyev kənar dairəvi yol ilə hərəkətdə olarkən işıq cizahlarından düzgün istifadə etməyərək digər nəqliyyat vasitələrinə maneə yaradıblar.
 

Bu barədə Rakif Əliyev adlı vətəndaşın yaydığı videodan sonra DİN-də araşdırma aparılıb. Sürücülər İdarəyə dəvət olunaraq barələrində İnzibati Xətalar Məcəlləsinin 329.3 və 327.1-ci maddələri ilə müvafiq qaydada protokol tərtib olunub.


Qeyd edək ki, hadisə iyunun 26-da, saat 18:15 radələrində “Sədərək” Ticarət Mərkəzi istiqamətində qeydə alınıb.

“Sədərəkdən gələn yolda avtomobillə hərəkətdə olarkən 3 avtomobili ötməyə çıxdım. Bu zaman arxadan gələn “Prado” markalı avtomobil siqnal verməyə başladı.

Əlimlə işarə etdim ki, ötmə əməliyyatı edirəm. Bu zaman onunla birgə digər avtomobil də başladı məni sıxmağa. İstəyirdilər, məni döysünlər. Bu zaman qaçmaq üçün bütöv xətt qaydasını pozdum”, - deyə Rakif Əliyev bildirib.

Bununla da baş verə biləcək növbəti faciənin qarşısı alınıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin