Gəncədə acınacaqlı mənzərə: Dağılan yollar, quruyan ağaclar – VİDEO

Hazırda oxunan: Gəncədə acınacaqlı mənzərə: Dağılan yollar, quruyan ağaclar – VİDEO

262079

Gəncə şəhərində vəziyyət acınacaqlı haldadır.

Bizim.Media xəbər verir ki, “Ajans.az”a daxil olan şikayətə əsasən şəhərin küçələri bərbad vəziyyətdədir.

Şəhərin ilk giriş küçələri təmirlidir. Şəhərin ara küçələrində yollar istifadəyə yararsız vəziyyətdədir.
 

Həmçinin ağaclar susuzluqdan quruyub. Gəncənin giriş hissəsində çox sayda qurumuş ağaclar var. Bəziləri artıq quruyub, bəziləri isə qurumaq üzrədir. Şəhərin Sevinc qəsəbəsində yollar baxımsız vəziyyətdədir.  


Xatırladaq ki, Gəncədə dövlət tenderlərinin qalibi olan şirkətin İcra hakimiyyəti rəhbərliyinə yaxın olması barədə mediada dəfələrlə xəbərlər yayımlanıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin