Castin Timberleyk Bakıda bu cütlüyü sevindirdi: "Oğlunuz olacaq"- VİDEO

Hazırda oxunan: Castin Timberleyk Bakıda bu cütlüyü sevindirdi: "Oğlunuz olacaq"- VİDEO

261957

Castin Timberleykin Bakıda keçirilən konsertində tamaşaçıları duyğulandıran xüsusi bir an yaşanıb.

Bizim.Media xəbər verir ki, səhnədə çıxış edən dünya şöhrətli müğənni tədbir iştirakçıları arasında əlində plakat tutmuş bir cütlüyə diqqət yetirib.

Plakatda onlar müğənnidən gələcək övladlarının cinsinin açıqlanmasını xahiş ediblər.
 

Timberleyk gülümsəyərək onları səhnəyə daha yaxın gəlməyə dəvət edib, onların təqdim etdiyi konverti alaraq, auditoriyanın gur alqışları və bütün arenada səslənən baraban sədaları fonunda cinsiyyəti rəsmi şəkildə elan edib: “Sizin oğlunuz olacaq”.


Bu an konsert zalında böyük coşqu və emosional reaksiya ilə qarşılanıb.

Müğənninin jesti sosial şəbəkələrdə də geniş rezonans doğurub – izləyicilər bu anı "yaddaqalan", "səmimi" və "möhtəşəm jest" kimi qiymətləndiriblər.

Castin Timberleykin Bakıda baş tutan bu konserti təkcə musiqi ilə deyil, insanlarla qurulan səmimi ünsiyyətlə də yadda qalıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin