Hakan Fidan: “Rusiya-Ukrayna danışıqlarının əsas məqsədi atəşkəsə nail olmaqdır” - VİDEO

Hazırda oxunan: Hakan Fidan: “Rusiya-Ukrayna danışıqlarının əsas məqsədi atəşkəsə nail olmaqdır” - VİDEO

261356

“Rusiya-Ukrayna danışıqlarının əsas məqsədi atəşkəsə nail olmaqdır”.

Bizim.Media xəbər verir ki, bu barədəTürkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna arasında keçirilən danışıqların üçüncü raundunun əvvəlində açılış nitqi ilə çıxış edib.

“Prezident Ərdoğan uzun illərdir ki, silahlı toqquşmalarla dolu bölgəmizdə sülh məşəlini daşıyan bir liderdir. İlk iki raund zamanı çox yaxşı nəticələr əldə olunub.
 

Humanitar baxımdan əsirlərin mübadiləsinin beynəlxalq ictimaiyyət tərəfindən çox müsbət qarşılanması olduqca sevindiricidir. Sülhün və atəşkəsin təmin olunması perspektivindən tərəflər arasında mübadilə edilən memorandumlarsa olduqca böyük əhəmiyyətə malikdir.


Üçüncü danışıqlar raundu çərçivəsində tərəflərin nəticəyönlü məsləhətləşmələr aparmalarını, məzmunlu müzakirələr keçirmələrini arzulayırıq. Lakin bu danışıqlar prosesinin yekun nəticəsi olaraq sülhün təmin olunmasını istəyirik”, - Fidan qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin