“Qarabağda ermənilərin sayını şişirdirlər” - Rusiyalı politoloq Oleq Kuznetsovla VİDEO MÜSAHİBƏ - ÖZƏL

Hazırda oxunan: “Qarabağda ermənilərin sayını şişirdirlər” - Rusiyalı politoloq Oleq Kuznetsovla VİDEO MÜSAHİBƏ - ÖZƏL

25967

“Rusiya mediası ermənilərinin təsiri altındadır və güclü anti-Azərbaycan əhval- ruhiyyəsi var. 44 günlük müharibə zamanı bu bir daha öz təsdiqini tapdı”.

Bu fikirləri Bizim.Media-ya özəl müsahibəsində rusiyalı politoloq Oleq Kuznetsov deyib. 

Redaksiyamızın qonağı olan politoloq bildirib ki, Qarabağda və Ermənistanda gedən hazırkı proseslər tezliklə tənzimlənəcək. O, qeyd edib ki, real danışsaq, Qarabağa köçürülən 50 min erməninin çoxu evsiz səfillərdir. Onları ora toplayıblar ki, Dağlıq Qarabağda erməni mövcudluğu görüntüsü yaradılsın:

“Amma düşünürəm ki, orada hazırda 30 mindən bir az çox erməni yaşayır. Şişirdilmiş rəqəmlər isə təkcə siyasi spekuliyasiyalara yox, adi korrupsiya sxemlərinə də sərf edir.

Çünki Qarabağ erməniləri rus sülhməramlılarının hesabına, Ermənistandan daşınan humanitar yardımlarla qidalanır. Rəqəmlər şişirdiləndə isə daha çox resurs oğurlamağa imkan yaranır. Bu mənada isə Qarabağdakı ermənilərin sayı ikiyə vurulub”.

Oleq Kuznetsov Azərbaycan-Rusiya-Türkiyə münasibətlərindən, Zəngəzur dəhlizi məsələsindən də bəhs edib. Qeyd edib ki, hazırkı reallıqda Rusiya öz mənafeyini bu üçlükdə təmin edir. Ona hansısa kənar faktorlar təsir edə bilməz.

Rusiyalı qafqazşünas alim, politoloq Oleq Kuznetsovla geniş video müsahibəni diqəttinizə təqdim edirik: 

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin