“Biz reallığa fokuslanmalıyıq. Reallıq isə burudr ki, müstəqillik qazandıqdan bəri ilk dəfədir Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırma üçün unikal şans yaranıb”.
Bizim.Media-nın məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov “TRT World”a müsahibəsində deyib.
MÖVZU İLƏ BAĞLI:
Ceyhun Bayramov BMT-nin ali nümayəndəsi ilə görüşdü - FOTO
O bildirib ki, ortada təxminən 30 illik düşmənçilik, işğal, müharibənin ağır nəticələri var:
“Ancaq inanırıq ki, biz gələcəyə baxmalıyıq. Bu proses Azərbaycan üçün də asan deyil, çünki hadisələrin hamısı yenidir.”, - deyə nazir qeyd edib.
C.Bayramovun sözlərinə görə, Azərbaycan sülh razılaşması üçün Ermənistanla birgə işləməyə hazırdır.
“Ermənistandan da bu səviyyədə siyasi iradə və real addımlar gözləyirik”,- o əlavə edib.
Bizim.Media