Birinci Qarabağ Müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edən, 2-ci qrup Qarabağ əlili Bəxtiyar Nəsibov “Azəriqaz” İB-yə müraciət edərək, Şəmkir rayonunun Keçili kəndində yaşadığı fərdi yaşayış evində təbii qazın olmadığını bildirib.
Bizim.Media xəbər verir ki, Qurumdan verilən məlumata görə, qısa müddətdə qazinin müraciəti təmin edilib, fərdi yaşayış evinə diametri 32 mm, uzunluğu 180 metr olan qaz xətti çəkilib.
MÖVZU İLƏ BAĞLI:
“Azəriqaz”dan məscidin borcu ilə bağlı AÇIQLAMA
Şəmkir rayonunda yaşayan şəhid atası Hacı Abbasovun da müraciəti cavabsız qalmayıb.
O, Birliyə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Onun fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.
Bizim.Media