“Avro-2020”nin E qrupu çərçivəsində keçirilən İspaniya-Polşa matçı ilə çempionatın qrup mərhələsinin ikinci turuna yekun vurulub.
Bizim.Media xəbər verir ki, Sevilyadakı Olimpiya stadionunda təşkil olunan görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İspaniya millisinin heyətində Alvaro Morata matçın 25-ci dəqiqəsində hesabl açıb.
Lakin Polşa komandasının hücumçusu Robert Levandovski 54-cü dəqiqədə hesabı bərabərləşdirib.
MÖVZU İLƏ BAĞLI:
AVRO-2020-də sensasiya: Fransa Macarıstanla bacarmadı
Bu qrupun digər oyununda İsveç Slovakiyanı minimal hesabla məğlub edib.
Hesabında 4 xal olan İsveç millisi qrupun lideridir. Slovakiya millisi 3 xalla ikinci, İspaniya yığması isə 2 xalla üçüncü pillədə qərarlaşıb. Polşa seçməsinin aktivində 1 xal var.
E qrupunun iyunun 23-də paralel keçiriləcək oyunlarında iyunun İsveç seçməsi Polşa, Slovakiya isı İspaniya ilə qarşılaşacaqlar.
Bizim.Media