Cenevrədəki “Villa La Grange” məkanında prezidentlər - Vladimir Putin və Co Baydenin təkbətək formatda görüşü Bakı vaxtı ilə saat 15: 30-da başlayıb, təxminən iki saat davam edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Rusiya liderinin mətbuat katibi Dmitri Peskov “RİA Novosti”yə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
ŞOK: Bayden Putinlə görüşdə “şparqalka”dan istifadə etdi
Onun sözlərinə görə, Cenevrədə hər iki lider arasındakı təkbətək görüş sona çatıb.
Tezliklə tərəflər genişləndirilmiş formatda ikinci hissəyə keçəcəklər. Ümumiyyətlə, görüş beş saat üçün nəzərdə tutulub.
Ortaq mətbuat konfransı gözlənilmir, prezidentlər jurnalistlərlə ayrıca söhbət edəcəklər. Bu, Baydenin ilin əvvəlində ABŞ prezidenti vəzifəsinə başladıqdan sonra Putinlə ilk görüşüdür.
Bizim.Media