Ukraynalı rəqqas və xoreoqraf Qriqori Çapkis 92 yaşında vəfat edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Ukrayna prezidenti Vladimir Zelenski “Telegram”da bildirib.
"Məktəbini, Ukrayna rəqs tarixinə verdiyi töhfəni heç vaxt unutmayacağam" deyə o, yazıb.
Çapkis İosif Stalin də daxil olmaqla Sovet liderləri qarşısında rəqs etməsi ilə tanınırdı.
Çapkisin ölümünün rəsmi səbəbi hələ məlum deyil. Ukrayna mətbuatı son aylarda sənətçinin üç dəfə xəstəxanada yatdığını və bir dəfə ağciyər problemləri səbəbiylə reanimasiyada olduğunu bildirib.
Bunun koronavirusla əlaqəli olması mümkündür.
Çapkis 1930-cu ildə Rumıniyanın bir hissəsi olduğu zaman Kişinyovda anadan olub. Müharibədən sonra ailəsi Kiyevə köçüb. 1945-ci ildə gənc oğlan Kremldə Stalinin qarşısında mahnı və rəqs ansamblı ilə çıxış edib. Sonra Sovet lideri 15 yaşlı Çapkisə qol saatı hədiyyə edib.
Bundan əlavə, Çapkis bir neçə filmdə rol almağa müvəffəq olub: "Heç bir yerə gedən yol", "Lombard", "Payız valsı".
O, dörd dəfə evlənib. Qızlarından biri Anna Safronçik Qərbdə uğurlu bir aktrisa olub. Penelopoy Kruz, Nikol Kidman və Sofi Loren ilə filmlərdə rol alıb.
Bizim.Media