Sumqayıtda polis əməliyyatı - Yaşlı qadın və qızı tutuldu - VİDEO

Hazırda oxunan: Sumqayıtda polis əməliyyatı - Yaşlı qadın və qızı tutuldu - VİDEO

24265

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində şəhər ərazisində silsilə əməliyyatlar həyata keçirilib.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Nəticədə külli miqdarda, yəni, 2 kiloqram 400 qrama yaxın yüksək təsiredici xassəyə malik narkotik vasitələr və 149 ədəd psixotrop tərkibli dərmanlar qanunsuz dövriyyədən çıxarılıb.

Belə ki, Polis İdarəsinə şəhər ərazisində “Qəmər” və “Sədat” adlı şəxslərin narkotik vasitələrin satışı ilə məşğul olduğu barədə əməliyyat məlumatları daxil olub. Həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində onların əvvəllər dəfələrlə narkotik vasitələrin qanunusuz dövriyyəsi ilə məşğul olduqlarına görə məhkum edilmiş Sumqayıt şəhər sakinləri - Qəmər Cəfərova və qızı Sədat Cəfərova olduqları müəyyən edilib.Polislər tərəfindən saxlanılan zaman Q.Cəfərovanın üzərindən 11 qram satmaq üçün nəzərdə tutulan heroin və psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda bu ərazi nəzarətə götürüldü - DİN-dən SON DƏQİQƏ MƏLUMAT


O, ifadəsində narkotik vasitələrin bir hissəsinin isə qızı S.Cəfərovanın evində olduğunu bildirib.

Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq S.Cəfərovanın saxlanılması istiqamətində onun yaşadığı ünvana gedilib. Məsuliyyətdən yayınmaq istəyən S.Cəfərova 18 yaşlı qızını öz çirkin əməllərinə alət edərək evində olan külli miqdarda narkotik vasitələri ona verib təcili yaşadıqları evi tərk etməsini istəyib.

Bu zaman o, polislər tərəfindən binanın çıxış qapısında saxlanılıb və əlindəki bağlamaya baxış zamanı anasının gizlətmək üçün verdiyi ümumi çəkisi 1 kiloqram 700 qram narkotik vasitə, o cümlədən, 817 qram heroin, 703 qram metamfetamin, 60 qram marixuana, 90 qram tiryək və 141 ədəd satışı qadağan edilən metadon həbləri aşkar olunaraq götürülüb.
 

"Qeyd edək ki, ailə üzvlərinin evlərindən və üzərlərindən aşkar olunan narkotik vasitələr hazır bükümlər şəklində olub. Bu isə onu deməyə əsas verir ki, Qəmər Cəfərova və qızı Sədat saxlanılan günə qədər narkotik vasitələrin satışı ilə məşğul olublar.


Bundan başqa, Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən Qəmər və Sədat Cəfərovalara məxsus narkotik vasitələrin şəhər ərazisinin müxtəlif yerlərində satışını həyata keçirən şəxs də saxlanılıb. Əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Orxan Sultanov tutulub. Onun üzərindən ümumilikdə 30 qrama yaxın heroin aşkar olunaraq götürülüb.

İlkin dindirmə zamanı o, narkotik vasitələri Sədat Cəfərovadan satmaq məqsədi ilə aldığını bildirib.

Sumqayıt ŞPİ-nin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən daha bir nəfər şəhər sakini Rəşad İbrahimli də saxlanılıb.
 

Onun üzərinə baxış zamanı ümumilikdə 628 qram heroin və metamfetamin, eləcə də, 8 ədəd metadon həbi aşkar edilib. Rəşad İbrahimli ifadəsində şəxsiyyəti hələlik istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşının göstərişi ilə külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələri ayrı-ayrı şəxslərə satmaq məqsədi ilə Sumqayıt şəhəri ərazisinə gətirdiyini bildirib.


Faktlarla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Aşkar edilən narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir", - Mətbuat xidmətindən bildirilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin