Ötən gün saat 18:40 radələrində 28 May - 9-cu Mikrorayon (Adil Məmmədov) küçəsi istiqamətində hərəkət edən 85 saylı marşrut xətti üzrə hərəkət edən 99 JS 787 dövlət qeydiyyat nişanlı "İsuzu Citiport" markalı avtobusda sərnişinlərdən biri tərəfindən insident törədilib.
Bizim.Media xəbər verir ki, avtobusun Ziya Bünyadov prospekti 7A ünvanındakı dayanacaqda dayanmasından sonra orta və ya arxa qapıdan deyil, təkidlə ön qapıdan enən sərnişin daha sonra geri qayıdaraq nəqliyyat vasitəsinin ön şüşəsini yumruqla zərbə endirərək sındırıb.
Törədilmiş əməllə bağlı hüquq-mühafizə orqanlarına müraciət edilib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
12:03 / 09.06.2021
Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı - VİDEO
Hazırda oxunan: Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı - VİDEO
Hazırda oxunan: Bakıda sərnişin avtobusun şüşəsini yumruqla sındırdı - VİDEO
24098
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.