Bu dəfə avtobus sürücüsünü təqib edib döydülər - VİDEO

Hazırda oxunan: Bu dəfə avtobus sürücüsünü təqib edib döydülər - VİDEO

240172

Daha bir sürücünün bir qrup şəxs tərəfindən döyülməsi hadisəsi baş verib.

Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə martın 12-də saat 21:25 radələrində Abşeron rayon Xırdalan şəhərində qeydə alınıb.

Naməlum şəxslər Həsən Əliyev küçəsində - Bakı Mühəndislik Universitetinin qarşısında 135 saylı marşrut xətti üzrə avtobus sürücüsünü təkləyərək döyüblər. Ağır xəsarətlər alan sürücü Aqil Həmidov polisə müraciət edib. 

O, Abşeron Rayon Pois İdarəsi tərəfindən ekspertizaya gəndərilib.

Bildirilib ki, hadisədən əvvəl naməlum şəxslərin olduğu minik avtomobilinin sürücüsü A.Həmidovla yol üstündə mübahisə edib. Daha sonra  onlar avtobus sürücüsünü təqib ediblər və bir qrup şəxslə birgə onun yerini öyrənərək hücum ediblər.

Baş vermiş hadisə anbaan olaraq ərzidəki kameralara düşüb. 
 

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq bildirib ki, martın 12-də saat 21:30 radələrində Abşeron rayonu ərazisində marşrut avtobusu sürücüsünün bir qrup şəxs tərəfindən döyülməsini əks etdirən görüntülərlə bağlı hazırda ərazi üzrə polis orqanında təhqiqat araşdırması aparılır. 


Əməli törətməkdə şübhəli bilinən şəxslərin kimliyi müəyyən edilib. Həmin şəxslərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, ötən günlərdə paytaxtın Binəqədi rayonu Binəqədi qəsəbəsi ərazisində bir qrup şəxs xuliqanlıq zəminində minik avtomobilinin sürücüsünü təqib edərək döymüş, hadisəni törədən şəxslər həbs olunmuşdu.

Avtobus sürücüsünün döyüldüyü anın görüntüləri təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin