Sumqayıtda avtomobil yandı – VİDEO

Hazırda oxunan: Sumqayıtda avtomobil yandı – VİDEO

238984

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, Koroğlu prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bizim.Media FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri əraziyə cəlb olunub.
 

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində "Mercedes" markalı minik avtomobilinin idarəetmə lövhəsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.


Yanğın nəticəsində avtomobilin idarəetmə lövhəsində elektrik avadanlıqları yanıb.

Avtomobil yanğından mühafizə olunub.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin