Tramp Ciddə danışıqları ilə bağlı açıqlamanı Mask və onun azyaşlı oğlu ilə birgə verdi - ANBAAN VİDEO

Hazırda oxunan: Tramp Ciddə danışıqları ilə bağlı açıqlamanı Mask və onun azyaşlı oğlu ilə birgə verdi - ANBAAN VİDEO

238858

ABŞ prezidenti Donald Tramp Ciddədə baş tutan Ukrayna ilə danışıqlardan sonra mətbuata açıqlama verib.

Bizim.Media xəbər verir ki, Tramp Putinin Ukraynada atəşkəs razılaşmasına nail olacağına ümid etdiyini bildirib.

O qeyd edib ki, Putinlə bu həftə ərzində görüş planlaşdırır. 

Qeyd edək ki, diqqətçəkən məqam Trampın jurnalistlərə açıqlamanı İlon Mask və onun azyaşlı oğlu ilə birgə verməsi olub.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərində ABŞ və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılıb. Görüşün əsas müzakirə mövzusu Rusiya ilə münqişənin sülh yolu ilə həlli və Ukraynanın təhlükəsizlik təminatı məsələsi olub.

Danışıqların yekunu olaraq, Ukrayna tərəfi ABŞ-nin dərhal, müvəqqəti 30 günlük atəşkəs tətbiq etmək təklifini qəbul etməyə hazır olduğunu bildirib.

Bunun müqabilində ABŞ Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa etməyə vəd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin