Əlilliyi olan şəxsin müavinəti beş ildir niyə kəsilib? - YENİLƏNİB/VİDEO

Hazırda oxunan: Əlilliyi olan şəxsin müavinəti beş ildir niyə kəsilib? - YENİLƏNİB/VİDEO

238545

Ucar rayon sakini 1964-cü il təvəllüdlü Həşimov Mahir Abdulkərim oğlu 4 mart 2025-ci il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində əyani müayinə edilib. 

Agentlikdən Bizim.Media-ya verilən məlumata görə, müayinə zamanı müəyyən edilib ki, vətəndaşın hazırkı sağlamlıq vəziyyəti əlillik təyinatına əsas vermir. 

Bu səbəbdən də Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin müəyyən olunması meyarları"na uyğun olaraq, əlillik əlamətinin təyin edilməməsi barədə qərar verilib. 

*** 02:12 

Əlillik müavinəti kəsilib, müraciətləri də cavabsız qalıb. 

Bizim.Media "Xəzər TV"yə istinadən xəbər verir ki, Ucarın Pirkənd kənd sakini 61 yaşlı Mahir Həşimovun sözlərinə görə, 30 ildən çoxdur epilepsiya xəstəliyindən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar aidiyyəti üzrə 2014-cü ildə müraciət edib. Müraciəti əsasında Mahir Həşimova II qrup əlillik təyin edilib. 5 il əvvəl isə müavinətin verilməsi dayandırılıb. 

Mahir Həşimovun sözlərinə görə, 5 il əvvəl yenidən müraciət edib. Ona yeni bank kartı verilsə də, heç bir vəsait köçürülməyib. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, nəticəsi olmayıb. 

Ətraflı süjetdə: 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin