Bakıda ağır QƏZA: "BakuBus" yük maşınına çırpıldı - VİDEO

Hazırda oxunan: Bakıda ağır QƏZA: "BakuBus" yük maşınına çırpıldı - VİDEO

238513

Ötən gecə paytaxtın Sabunçu rayonu ərazisində marşrut avtobusunun iştirakı ilə ağır qəza baş verib. 

Bizim.Media xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Bakı Olimpiya Stadionunun qarşısından keçən hissəsində qeydə alınıb. 

Belə ki, “Bakubus” MMC-yə məxsus “BMC” markalı avtobus digər nəqliyyat vasitəsinə çırpılıb. Nəticədə avtobus yararsız hala düşüb. 

Hadisəyə dumanlı hava şəraitinin səbəb olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır. (“Qafqazinfo”) 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin