Qripə qarşı dərman qəbul edənlərə XƏBƏRDARLIQ - Narkotik tərkibli ola bilər... – VİDEO

Hazırda oxunan: Qripə qarşı dərman qəbul edənlərə XƏBƏRDARLIQ - Narkotik tərkibli ola bilər... – VİDEO

238270

Qrip və digər xəstəliklərə görə dərman qəbul edən şəxslərin analizlərindən çıxan nəticələrində narkotik maddə qəbul etdikləri ortaya çıxıb. Nəticədə bu işçilər işdən azad ediliblər.

Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkədələrdə məlumatlar paylaşılıb.

Bəs hansısa dərmanın içərisində belə maddələrin olması mümkündürmü?

Məsələ ilə bağlı Səhiyyə nazirliyi analtik ekspertiza mərkəzindən “Xəzər Xəbər”ə bildirildi ki müəyyən xəstəliklər zamanı istifadə olunan bəzi dərmanların tərkibində az miqdarda narkotik maddə var.

Hazırda ölkəmizdə 19 ticari adda belə dərman qeydiyyata alınıb ki, bunlardan 12-i həkim resepti əsasında satılır. Amma sosial şəbəkələrdə paylaşılan bu dərman dövlət qeydiyyatına alınmayıb.

Mərkəzdən o da qeyd edilib ki, tərkibində narkotik madda olan dərmanları qəbul edənlərin analiz nəticələri pozitiv çıxa bilər.

“Xezerxeber.az”ın mövzu ilə bağlı videomaterialını təqdim edirik:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin