Anasının işgəncə verdiyi Mələklə bağlı yeni FAKTLAR: Qadının sevgilisi də... – VİDEO

Hazırda oxunan: Anasının işgəncə verdiyi Mələklə bağlı yeni FAKTLAR: Qadının sevgilisi də... – VİDEO

238102

23 yaşlı anası tərəfindən amansızlıqla döyülən, işgəncəyə məruz qalan 3 yaşlı Mələyin sosial şəbəkədə yayılan videoları hər kəsi dərindən sarsıdıb.

Bizim.Media xəbər verir ki, körpəyə qəyyumluq edən Cəmilə Nəsirovanın sözlərinə görə, uşağın atası narkotik aludəçisidir.
 

MÖVZU İLƏ BAĞLI:

Azyaşlı qızına işgəncə verən ana TAPILDI - FOTO


Bu məlumatı ona Mələyi döydüyü üçün hüquq-mühafizə orqanları tərəfindən saxlanılan ana Fatimə Ramazanova verib.

Cəmilə Nəsirova bildirib ki, Fatimə Ramazanova övladına işgəncə verərkən tək olmayıb:

"Roma adlı sevgilisi var idi. Fatimənin rəfiqəsi "TikTok"da Mələyə işgəncə verilən videonu paylaşmışdı. Oğlum hesaba daxil olaraq yazıb ki, həmin videonu silin, Mələyin üzü görünür. Ona cavab yazıblar ki, Mələyin qarın, qol nahiyələrinə Roma dağ basıb. Azyaşlını Fatimə ilə yanaşı, Roma da döyürdü".

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə qeyd edib ki, azyaşlının aldığı zərbələr onda psixoloji gərginlik yaradıb, hazırda vəziyyəti kafi qiymətləndirilir:

"Şükürlər olsun ki, Mələyin sınıqlarla bağlı ciddi fəsadları yoxdur. Amma bədənində, üzündə, başında çox ciddi travmalar var, toxumalar zədələnib, açıq yarası var. Tərbiyəçilərin, pedaqoqların nəzarəti onun üzərindədir".

Ətraflı Baku TV-nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin