Qəbələdə qar fəsadlar yaradıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, əsasən avtomobil yollarında minik maşınlarının hərəkəti məhdudlaşıb.
Ötən gün daha çox qar Qəbələ rayon ərazisinə yağıb. Məlumatlara görə qarın yağması səbəbindən səhər saatlarında rayonun turizm bölgəsi kimi tanınan Laza və Duruca kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətində problemlər yaşanıb. Bəzi kənd yollarında hərəkət çətinləşib, gediş-gəliş məhdudlaşıb.
Qarın yağması səngiyəndən sonra yollar təmizlənməyə başlayıb, minik avtomobillərinin hərəkəti təmin olunub.
Bu gün isə bölgədə hava şəraiti bir qədər fərqli yəni günəşlidir. Havanın temperaturu 1-3 dərəcə arasında dəyişir, qar əriməkdə davam edir.
Bölgənin avtomobil yollarından heç bir problem yoxdur.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bölgəsi