Qaradağ Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Mercedes” markalı, 77-XX-911 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Nuran Fətullayev Lökbatan qəsəbəsi ərazisində saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə N.Fətullayevin sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
15:18 / 28.02.2025
Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu – VİDEO
Hazırda oxunan: Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu – VİDEO
Hazırda oxunan: Bakıda avtoxuliqanlıq edən sürücü həbs olundu – VİDEO
237004
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.