“Toppuş bacı”nın əri: “Şikayət edirdim ki, nə zaman bitəcək?” – VİDEO

Hazırda oxunan: “Toppuş bacı”nın əri: “Şikayət edirdim ki, nə zaman bitəcək?” – VİDEO

236996

Mərhum Əməkdar artist Tünzalə Əliyevanın (Toppuş bacı) həyat yoldaşı Röyal paylaşımı ilə diqqət çəkib.

Bizim.Media xəbər verir ki, o, aktrisanın səhifəsində onun sağlığında qızı ilə çəkdiyi videonu izləyiciləri ilə bölüşüb.

“Milli Onkologiyanın qarşısında Tunusu gözləyirdik. Kimyaterapiya qəbul edirdi, sonra evə gedəcəkdik.

O günlərdə şikayət edirdim ki, bu nədir hər gün gəl kimyaterapiya qəbul et, nə zaman bitəcək? Bu gün isə düşünürəm ki, ən azından Tünzalə həyatda idi, əli əlimə toxunurdu, “Röyal, səni çox sevirəm” deyirdi. Hər anımıza şükür etməliyik”, - deyə, Röyal bildirib.

Qeyd edək ki, T.Əliyeva iki il öncə xərçəngdən dünyasını dəyişib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin