Əhməd Rusiyada saxlanıldı – VİDEO

Hazırda oxunan: Əhməd Rusiyada saxlanıldı – VİDEO

236954

Bloger Əhməd Venqalbi Moskvanın Kutuzovski prospektində yol polisi əməkdaşına 100 min rubl məbləğində rüşvət verməyə cəhd etdiyi üçün saxlanılıb.

Bizim.Media xəbər verir ki, onun avtomobili idarə etmək hüququnun olmaması, eləcə də alkoqollu içki qəbul etməsi müəyyən olunub.

Həmçinin, avtomobilin şüşələrinin rəngi qanunsuz olaraq qap-qara rəngdə olub.
 

Bu zaman Venqalbi məşhurluğunu əsas gətirərək yol polisi əməkdaşları ilə danışıqlar aparmağa çalışıb, lakin alınmayıb. Yol polisi əməkdaşlarına rüşvət vermək cəhdi vəziyyəti daha da pisləşdirib.


O, patrul avtomobilinin sürücü oturacağı ilə qoltuq dayağı arasına 5 minlik əskinaslarla 100 min pul qoyub. 24 yaşlı yutuber hazırda polis bölməsindədir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin