Türkiyənin "Pegasus Hava Yolları"na məxsus təyyarə İngiltərənin Mançester şəhər aeroportuna təcili eniş edib.
Bizim.Media türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbuldan yola düşən təyyarədə enişə yaxın tüstülənmə baş verib.
İlkin ehtimallara görə, Thava gəmisinin hidrolik sistemindəanidən nasazlıq yaranlb və bu, tüstülənməyə səbəb olub.
“Airbus A320” tipli təyyarənin eniş anı qeydə alınarkən, eniş şassisinin qapaqlarının bağlanmadığı və əks itələyicinin işləmədiyi görülüb. Aviasiya mütəxəssisləri bildiriblər ki, normal şəraitdə eniş şassisi açıldıqdan sonra lüklər bağlanmalıdır, lakin hidravlik nasazlıq səbəbindən bu mümkün olmayıb.
Təyyarə təhlükəsiz eniş edə bildiyindən hadisə zamanı ekipaj üzvləri və sərnişinlərdən xəsarət alan olmayıb.
Bizim.Media