Apteklərdə spirt satışı qadağan edilib? - Həkimdən vacib AÇIQLAMA - VİDEO

Hazırda oxunan: Apteklərdə spirt satışı qadağan edilib? - Həkimdən vacib AÇIQLAMA - VİDEO

236571

Fevralın 22-si və 23-ü tarixlərində Sabunçu rayonu ərazisində ümumilikdə 15 nəfərin spirt qəbul edərək zəhərlənməsi ilə bağlı rəsmi xəbərlər yayılıb. Bu hadisədən sonra isə bəzi etil spirtlərin satışının ləğvi barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.

Bizim.Media xəbər verir ki, məsələ ilə əlaqədar Baku TV Sabunçu rayonunda olub.

Məlum olub ki, sözügedən ərazidəki apteklərdə həmin spirtlərin satışı ləğv edilib.

Texniki spirtlərin istehlakının fəsadlarına gəldikdə isə həkim Abbas Bağırov deyir ki, bu məhlulların 20 millilitr miqdarda qəbulu görmə sinirinin iflicinə səbəb olur, korluq yaradır:

"Daha artıq qəbulu isə tənəffüs çatışmazlığı, qıcolma vəziyyəti yaradır. Eyni zamanda, beyin qan dövranı pozulur və nəticədə ölüm halları baş verir".

Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən bildirilib ki, qurum tərəfindən texniki spirtin ləğvi barədə qərar verilməyib.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin