Ölkənin əksər ərazilərində olduğu kimi Şimal-Qərb bölgəsində dörd gün fasilələrlə qar yağıb, temperatur mənfi 8-12 dərəcə arasında dəyişib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, fevralın 19-dan başlayan qeyri-sabit hava şəraiti ötən axşama kimi davam edib.
Gecə bölgənin əksər ərazilərində şaxtalı keçib.
Bölgədən keçən Yevlax-Zaqatala-Gürcüstan magistralında eləcə də Qaraməryəm- İsmayıllı -Şəki və Şəki-Qax-Zaqatala avtomobil yollarında nəqliyyatın hərəkətində ciddi problem yaşanmayıb.
Sözügedən avtomobil yollarının üzərindəki körpülərdə buzbağlama müşahidə olunsa da, duz və qum səpilib. Yol Polisi və Post patrul xidməti rayonları üzrə əraziləri mütəmadi nəzarətdə saxlayıb.
Dörd gün davam edən qarlı havadan sonra hazırda bölgə rayonlarında gün çıxıb və havanın temperaturu mənfi 2-4 dərəcə təşkil edir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu