Rusiyada Çin istehsalı olan avtomobillə bağlı daha bir qalmaqallı qəza baş verib.
Bizim.Media “Avtosfer.az”a istinadən xəbər verir ki, Chery Tiggo 7 Pro markalı avtomobil dirəyə çırpılaraq ikiyə bölünüb.
Moskvada qarlı hava şəraitində baş verən qəzada ölən olmayıb. Arxa oturacaqdakı 2 sərnişin zərbənin təsirindən bir neçə metr aralı düşüb. Onlara yerində tibbi yardım göstərilərək evə buraxılıb.
Qeyd edək ki, bu, il başlayandan Rusiyada ikinci analoji qəzadır.
Yanvarın 6-da baş verən qəzada da eyni markalı avtomobil ikiyə bölünmüşdü. Bundan sonra isə maşınların kraş-testdən necə keçməsi barədə müzakirələr çoxalıb.
Bizim.Media