ABŞ diplomatlarının Bakıda torpaq əməliyyatı: Sabiq deputata 70 milyon, iş adamına isə… - VİDEO

Hazırda oxunan: ABŞ diplomatlarının Bakıda torpaq əməliyyatı: Sabiq deputata 70 milyon, iş adamına isə… - VİDEO

235140

Fevralın 16-da Real TV-də “Mirşahinin vaxtı” verilişində ABŞ-ın Azərbaycandakı səfirliyi haqda süjet verilib. 

Bizim.Media xəbər verir ki, verilişin müəllifi və aparıcısı Mirşahin Ağayev bu mövzuda olduqca maraqlı faktlar təqdim edib.

O, səfirliyin Bakı şəhərində diplomatik nümayəndəlik binası tikmək üçün ərazi axtarmasına toxunub.

Bildirib ki, Bayden administrasiyası zamanı ABŞ-ın Bakıdakı səfirliyinə rəhbərlik etmiş Mark Libbinin fəaliyyəti yoxlanılmalıdır.

Mirşahin Ağayev deyib ki, Real TV-nin əldə etdiyi dəqiq məlumatlara görə, ABŞ səfirliyi yalnız diplomatik fəaliyyət yox, həm də Azərbaycan və ümumilikdə regionda casusluq mərkəzi kimi fəaliyyət imkanları əldə etmək üçün yeni səfirlik binasının tikintisi istiqamətində uzun illər canfəşanlıq edib.

Sitat: “Bunun üçün səfirlik bir neçə ərazini nəzərdən keçirib. Bunlardan biri indiki “Zəfər” parkının ərazisidir – səfirlik burada böyük bir ərazidə tikinti üçün, 1 milyard dollara yaxın “investisiya” qoymağa hazır idi. Aldığımız xəbərə görə, yaxınlıqdakı ərazi o vaxt millət vəkili olan Hüseyn Abdullayevə məxsus olub və ABŞ səfirliyi bu ərazi üçün ona 70 milyon dollar təklif edib. Amma bu, baş tutmayıb”.

Aparıcı deyib ki, səfirlik üçün “seçilən” daha bir ərazi indiki Bakı Əyləncə Mərkəzinin yaxınlığında yerləşən və rusiyalı iş adamına məxsus ərazi olub. Bu ərazi üçün səfirlik 100 milyon dollardan keçməyə hazır idi. Prosesdə əsas vasitəçi də Hüseyn Abdullayev olub. Lakin bu sövdələşmə də alınmayıb.

M.Ağayev daha sonra bildirib:

“Real TV-ni məlumatlandıran mənbələr bildirir ki, amerikalıları “diplomat”ların gözünə yatan digər ərazi “Gənclik” metro stansiyası yanında “Antena” parkı kimi tanınan meydan idi. Amma bu ərazi də səfirlik üçün ayrılmayıb.

Daha ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin