Smartfonlar erasının sonu gəlir: Nə ilə əvəz olunacaq? - FOTO

Hazırda oxunan: Smartfonlar erasının sonu gəlir: Nə ilə əvəz olunacaq? - FOTO

235115

Təxminən 30 il ərzində müasir həyata hakim olan smartfonlar sadə ünsiyyət vasitəsindən işdən əyləncəyə qədər hər şeyi idarə edən güclü cihaza çevrilib. Lakin bir müddət sonra bu qadcetlər artıq düşünüldüyü qədər zəruri olmaya bilər.

Bizim.Media banker.az-a istinadən xəbər verir ki, bu cür cəsarətli bəyanatla “Meta” rəhbəri Mark Zukerberq çıxış edib.

O, 10 ildən az müddətdə insanların rəqəmsal məlumatlara əsas giriş üsulu kimi smarteynəklərin smartfonları əvəz edəcəyini proqnozlaşdırıb.


“Meta” qurucusu bildirib ki, o, insanların cihazı cibindən çıxarmadan rəqəmsal kontentlə qarşılıqlı əlaqədə olduğu bir dünya təsəvvür edir. İdeya sadədir: telefon ekranına baxmaq əvəzinə, rəqəmsal məlumat real vaxt rejimində real dünyaya əlavə olunacaq.

Ekspertlər bunun, sadəcə, uzaq bir xəyal olmadığını deyirlər. Belə ki, “Meta” və “Apple” artıq AR (artırılmış reallıq) cihazlarına milyardlarla investisiya qoyublar. “Apple”ın “Vision Pro”su şirkətin smartfonlardan kənara çıxmaq planının göstəricisidir, “Meta” isə smarteynəkləri əsas axına çevirməyə cəhd edir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin