Türkiyənin 25 nəfərdən ibarət texniki heyəti Dəməşq Hava Limanının bərpası üçün Suriyaya yola düşüb.
Bizim.Media Anadolu Agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
Bildirilib ki, Suriya hava məkanında uçuşların təhlükəsiz həyata keçirilməsini təmin etmək üçün bölgəyə 6 ədəd TIR-la 113 nəqliyyat vasitəsi, cihaz və sistem göndərilib. Bununla da bərpa prosesi ilə bağlı işlərə başlanılıb.
Qeyd edək ki, Suriyada hakimiyyət dəyişikliyindən sonra Dəməşq hava limanı yanvarın 7-də fəaliyyətini bərpa edib. Türkiyə Hava Yolları (THY) da ötən aydan Suriyaya uçuşları bərpa edib.
Xatırladaq ki, uçuşlar bərpa edilməmişdən öncə THY Suriyaya son uçuşunu 31 mart 2012-ci ildə həyata keçirib. Buna səbəb ölkədəki daxili iğtişaşların qarşısını almaq olub.
Bizim.Media