Münhen Təhlükəsizlik Konfransının (MSC) sədri Kristof Heusgen forumun bağlanışında göz yaşlarına boğulub və tədbiri "Avropa kabusu" adlandırıb.
Bizim.Media xəbər verir ki, bu barədə RTE nəşri yazıb.
Heusgen yekun nitqində ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin çıxışına toxunaraq, Avropa liderlərinə, xüsusilə də Ukrayna prezidenti Volodimir Zelenskiyə Avropanın ortaq dəyərləri haqqında danışdıqlarına görə təşəkkür edib.
"Bu konfrans transatlantik konfrans kimi başladı və vitse-prezident Vensin çıxışından sonra biz ümumi dəyərlər bazamızın artıq ümumi olmadığından qorxmağa məcburuq" deyə Heusgen əlavə edib.
Sonra o, göz yaşlarına boğularaq nitqini yarımçıq kəsib və alqış sədaları altında tribunadan zala enib.
Xatırladaq ki, cümə günü, fevralın 14-də Vens çıxışı zamanı Aİ-nin siyasətini tənqid edib. O, izah edib ki, ABŞ daha çox Rusiya və Çinin Avropaya təhlükəsindən narahat deyil, Avropanın bəzi ən mühüm dəyərlərindən geri çəkilməsindən narahatdır.
Qeyd edək ki, Heusgen 2022-ci ildə başlayan MSC sədri vəzifəsini başa vurub.
Bizim.Media