Cəlilabadda qəzalı vəziyyətə düşən körpüdən yeni xəbər var - VİDEO

Hazırda oxunan: Cəlilabadda qəzalı vəziyyətə düşən körpüdən yeni xəbər var - VİDEO

234000

Son günlər leysan yağışların yağması Cəlilabad rayonunda da fəsadsız ötüşməyib.

Bizim.Media Xəzər TV-yə istinadən xəbər verir ki, rayonun Vənlik kəndində çaya gələn sel körpünü yararsız vəziyyətə salıb.

Bununla da Vənlik kəndi ilə yanaşı, daha iki kəndin rayon mərkəzinə çıxışında çətinliklər yaranıb.
 

Sakinlərin bildirdiyinə görə, körpü müvəqqəti bərpa olunsa da, qəzalı vəziyyətə düşüb. Hazırda avtomobillərin hərəkəti bərpa edilib, körpünün yenidən inşasına ehtiyac var.


Məsələ ilə bağlı məsul qurumdan bildiriblər ki, son güclü yağışdan sonra Vənlik kənd körpüsü qəzalı vəziyyətə düşdüyü üçün yaxın vaxtlarda körpünün yenidən qurulması nəzərdə tutulub.

Ətraflı süjetdə:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin