"BakuBus" MMC-yə məxsus daha bir avtobusun sürücüsü ilə sərnişinlər arasında mübahisə düşüb. Buna səbəb sürücünün avtobusu hərəkət etdirməməsi olub. Sürücü avtobusun güzgüsünün sındığını, sərnişinlər isə tam əksini deyib.
Bizim.Media xəbər verir ki, yaranmış vəziyyətlə bağlı "BakuBus" MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Əsmər Əliyeva “baku.ws”-ə bildirib ki, 3 fevral 2024-cü il tarixində "BakuBus" MMC-nin balansında olan 7A nömrəli marşrut xətti üzrə hərəkət edən 99-JU-527 dövlət qeydiyyat nişanlı avtobusda yüngül yol-nəqliyyat hadisəsi baş verib:
"Hadisə baş verən zaman nəqliyyat vasitəsini idarə edən sürücüsü Mehdiyev Aqil dərhal Monitorinq Mərkəzinə məlumat verib, müvafiq olaraq hadisə yerinə sığorta şirkətinin nümayəndələri dəvət olunub.
Sürücü qaydalara uyğun olaraq hadisə yerində sığorta şirkətinin gəlməsini gözləyib. Lakin bəzi sərnişinlər sürücüdən avtobusu hərəkət etdirməyi tələb edib, nəticədə sürücü və sərnişinlər arasında mübahisə yaranıb. Qeyd edək ki, hadisə zamanı sürücü bütün daxili prosedurlara uyğun hərəkət edib.
Sərnişinlərimizdən bu kimi hallarda sürücüyə qarşı anlayışlı olmalarını və təhlükəsizlik qaydalarına riayət edən sürücülərimizə dəstək göstərmələrini xahiş edirik".
Bizim.Media