Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI – VİDEO

Hazırda oxunan: Abşeron Gənclər Şəhərciyində qadın QORXU YARATDI – VİDEO

233656

"Abşeron Gənclər Şəhərciyində qeyri-adi davranışı ilə diqqət çəkən qadının görüntüsünü əks etdirən paylaşım araşdırılıb". 

Bizim.Media xəbər verir ki, bunu “oxu.az”a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov deyib. 

Onun sözlərinə görə, həmin şəxsin sağlamlıq vəziyyəti ilə əlaqədar polis əməkdaşları tərəfindən aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər görülüb. 

Qeyd edək ki, gecə saatlarında Abşeron Gənclər Şərhərciyində çox narahat bir vəziyyət yaranıb. Bu barədə ərazidə yaşayan sakinlər Baku.ws-in "qaynar xətti"nə şikayətlərində bildiriblər. 
 

Qeyd ediblər ki, bütün bina sakinləri, yaxın qonşular həmin binanın birinci mərtəbəsində yaşayan və vaxtaşırı qeyri-adi hərəkətlər edən qadına görə həyəcan keçiriblər. 


"Bakı-Sumqayıt yolunun 7-ci kilometrində yerləşən Abşeron Gənclər Şəhərciyi adlanan yaşayış massividir. Həmin binada yaşayan qadın gecələr qışqırır. Aşağıda dayanan avtomobillərin üzərinə əşyalar, yumurta və digər şeylər atır. Dayanmadan qışqırır və çox qorxuducu hal yaradır", - deyə şikayətçilər bildiriblər. 

Həmin görüntüləri təqdim edirik: 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin