Binə 3 aydır ki, su altında qalıb - VİDEO

Hazırda oxunan: Binə 3 aydır ki, su altında qalıb - VİDEO

233443

Ötən ilin oktyabr ayında paytaxta yağan güclü yağış şəhərdə və qəsəbələrdə bir sıra fəsadlar yaradıb.

Bizim.Media xəbər verir ki, hadisənin üzərindən 3 aydan çox vaxt keçsə də, yağışın fəsadları Binə qəsəbəsində hələ də qalmaqdadır.

Sakinlər hər gün aidiyyəti qurumlara zəng vurub kömək istədiklərini, lakin heç bir yardım ala bilmədiklərini deyirlər.

3 aydır suyun içərisində yaşamaqdan bezən sakinlər problemlərini “Xəzər Xəbər”ə danışıblar.
 

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, sözügedən ərazidə mərkəzləşdirilmiş tullantı su şəbəkəsi mövcud deyil. Ərazinin yaxınlığında da kanalizasiya sistemi olmadığından yağış sularının ünvandan kənarlaşdırılması işi çətinləşir. Qurum deyir ki, məsələ müvafiq rayon sukanal idarəsinin diqqətindədir.


Xəzər Rayon İcra Hakimiyyəti və qəsəbə bələdiyyəsindən isə məsələ ilə bağlı mövqe bildirilməyib.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin