Oğrular pul kartlarımıza necə yol tapır? - VİDEO

Hazırda oxunan: Oğrular pul kartlarımıza necə yol tapır? - VİDEO

232937

“Anidən gələn zəng və ya tanış profildən yazılan mesaj. 5 dəqiqə sonra baxırsan ki, kartından bütün pulların silinib. Getdikcə adi hala çevrilən cinayətkarlıq. Elə məharətlə aldadırlar ki, heç ruhun da incimir”.

Bizim.Media xəbər verir ki, bu fikirlər İTV-nin “Yekun Xəbər” proqramında səsləndirilib.

Aparıcının sözlərinə görə, Azərbaycanda yüzlərlə insan son zamanlar bu dələduzluğun qurbanına çevrilir:

“Əvvəlllər bu cinayətlər zənglər vasitəsilə edilirdi. İndi əl-qolları daha da açılıb. Kimisinə Votsap, kimisinə İnstagram üzərindən, özü də tanış profillər vasitəsilə  yazırlar. Göndərilən linkə daxil olmaqla, bütün pullarınla sağollaşırsan. Yəni öz əlinlə öz malını oğruya təslim edirsən. Bu cür hallar demək olar ki, hər gün baş verir. Qəribəsi odur ki, hər gün yazılır, hər gün deyilir, amma insanlar yenə bu dələduzlara aldanırlar.  
 

Niyə bu cinayətlər gündən-günə artır? Polis orqanları bu dələduzları ifşa etməkdə niyə çətinlik çəkir? Bu oğurluq hallarında bankın günahı varmı?


Son zamanların ən sakit törədilən, amma səs-küyü böyük olan dələduzluq hadisələrini araşdırmışıq”.

Daha ətraflı videomaterialda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin