İsrail ordusunun Suriyanı tərk etmək planı yoxdur.
Bizim.Media xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Katz Hermon dağının zirvəsinə səfəri zamanı deyib.
“İDF İsrail Dövlətinin sakinlərinin təhlükəsizliyini təmin etmək üçün Hermon dağının təpəsində və təhlükəsizlik zonasında (Suriyada) qeyri-müəyyən müddətə qalacaq.
Biz düşmən qüvvələrin Suriyanın cənubunda Suveyda-Şam oxuna qədər təhlükəsizlik məkanında möhkəmlənməsinə imkan verməyəcəyik və müdafiəmiz üçün başqalarından asılı olmayacağıq. Biz bölgədəki mehriban əhali ilə əlaqə quracağıq, böyük druz əhalisinə xüsusi diqqət yetirəcəyik”, - nazir bildirib.
Katz, həmçinin, daha əvvəl bufer zonanın ələ keçirilməsini düşmən qüvvələrin Suriyadakı hakimiyyət boşluğundan istifadə edərək strateji zonaya daxil olması və İsrail ərazisini təhdid etməsinin qarşısını almaq məqsədi daşıyan müvəqqəti tədbir kimi qiymətləndirib.
Bizim.Media