ABŞ Prezidenti Co Bayden Rusiya Prezidenti Vladimir Putinlə görüşlərin birində müzakirə olunan detalları açıqlayıb.
Bizim.Media xəbər verir ki, Bayden MSNBC telekanalına müsahibəsində bu barədə danışıb:
“Rusiya prezidenti Vladimir Putin Ukraynanın yeni nüvə silahına sahib olacağından qorxurdu.
Putin mənə dedi ki, “mən bilirəm ki, sabah məni Ukraynadan çıxara bilərsiniz. Moskvanı da vura bilərsiniz”. Düşündüm ki, bu adam (Putini nəzərdə tutur – red.) taktiki nüvə silahından istifadə etmək istəyir. O, isə nüvə silahından istifadə etmək istəmədiyini bildirdi. Çünki taktiki nüvə silahları Avropanı, o cümlədən rusları qorxudur. Daha sonra Putin mənə Ukraynada nüvə silahının olmadığına, o cümlədən Kiyevin NATO-ya üzv olmayacağına əmin olmaq istədiyini bildirdi”.
Baydenin Putinin fikirlərinə belə cavab verib:
“Problem deyil. Biz artıq Ukraynadakı nüvə silahlarını götürmüşük. Biz onları geri qaytarmayacağıq və sistemlərini əhəmiyyətli dərəcədə dəyişməyinə qədər Ukrayna NATO-nun üzvü olmayacaq. Əgər bacarsaq, biz Ukraynanın güclənməsi üçün yardımlarımıza davam edəcəyik. Əvəzində Putindən Ukraynaya qarşı ərazi iddiaları irəli sürməyəcəyini və Ukraynanı işğal etməyəcəyinə təminat istədim”.
Qeyd edək ki, Bayden sözügedən danışığın nə vaxt baş tutduğunu açıqlamayıb.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
14:30 / 17.01.2025
Baydenlə Putin arasında NÜVƏ DİALOQU – ABŞ lideri rusiyalı həmkarına nəyi SÖZ VERİB? – VİDEO
Hazırda oxunan: Baydenlə Putin arasında NÜVƏ DİALOQU – ABŞ lideri rusiyalı həmkarına nəyi SÖZ VERİB? – VİDEO
Hazırda oxunan: Baydenlə Putin arasında NÜVƏ DİALOQU – ABŞ lideri rusiyalı həmkarına nəyi SÖZ VERİB? – VİDEO
230450
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.