Yanvarın 9-da Vaşinqton şəhərində ABŞ-ın 39-cu Prezidenti Cimmi Karterlə vida mərasimi keçirilib.
Bizim.Media "NBC News" nəşrinə istinadən xəbər verir ki, mərasimdə çox sayda yüksəkvəzifəli şəxslər, eləcə də ictimai xadimlər iştirak edib.
Vida mərasiminə ABŞ-nin həyatda olan bütün keçmiş prezidentləri - Bill Klinton, kiçik Corc Buş, Barak Obama, həmçinin yeni seçilmiş Prezident Donald Tramp, ABŞ-nin hazırkı vitse-prezidenti Kamala Harris də gəlib.
Mərasimdə diqqətçəkən məqamlardan biri də Tramp və Obamanın bir neçə dəqiqə söhbət etməsi olub.
Lakin nə Trampın məbuat xidməti, nə də Obama mərasimdə nəyi müzakirə etdiklərini ictimaiyyətə açıqlamayıblar. Bu isə insanlar arasında müəyyən sualların yaranmasına səbəb olub.
Həmin kadrları təqdim edirik:
Bizim.Media